AUT.AZ

A seriyası klubunda yeni baş məşqçi

İtaliyanın A seriyasının təmsilçisi “Spetsiya”nın yeni baş məşqçisinin adına aydınlıq gətirilib.

Aut.az klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalar bu posta Leonardo Sempliçini təyin edib.

O, Luku Qottini əvəzləyib. 55 yaşlı mütəxəssis mövsümün sonuna qədər “Spetsiya”nı çalışdıracaq.

İtaliyalı məşqçi “Arezzo”, “Piza”, “Fiorentina”, SPAL, “Kalyari” klublarında işləyib. Hazırda “Spetsiya” A seriyasında 20 komanda arasında 17-ci pillədədir.

Exit mobile version