AUT.AZ

Zaur Qəhrəmanov işdən çıxarıldı – “Neftçi” xilas olur?

“Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov “SOCAR Türkiyə”nin baş icraçı direktoru vəzifəsində azad edilib.

Aut.az xəbər verir k, bu haqda SOCAR məlumat yayıb. Qəhrəmanov, faktiki olaraq “Nefçi”ni idarə edən şəxslərdən biri, komandanın bəlalarının baiskarı sayılır. O, 2016-cı ildən SOCAR Türkiyənin rəhbəri idi. Zaur Qəhrəmanov SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin edilib.

Elçin İbadov isə “SOCAR Türkiyə’’nin yeni baş direktoru təyin olunub. O, son təyinata qədər şirkətin neft emalı və neft-kimya biznes vahidinin baş maliyyə direktoru (CFO) vəzifəsində çalışıb.

Ehtimal olunur ki, Zaur Qəhrəmanov müşavir vəzifəsində də çox qalmayacaq. O, əvvəlcə “Neftçi”dən uzaqlaşdırılacaq, bir müddət sonra isə müşavir vəzifəsindən də azad ediləcək.

Aut.az

Exit mobile version