AUT.AZ

Türkiyə nəhəngi ukraynalıların bu təklifini rədd etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Dinamo Kiyev” komandası problemlə üzləşib.

Aut.az xəbər verir ki, Superliqanın lideri ukraynalıların yoldaşlıq görüşü keçirmək təklifini rədd edib.

 

Məlumatı “Dynamo.kiev.ua” məlumat yayıb. Komandalar uzun müddət bu yöndə danışıq aparsalar da, razılığa gələ bilməyiblər. Halbuki, “Qalatasaray” da sınaqçı-rəqib axtarışındadır. İddia olunur ki, tərəflər oyunun texniki tərəfləri ilə bağlı fikir ayrılığı yaşayıblar.

Məsələ burasındadır ki, Ukrayna klubu Türkiyənin digər komandası “Adana Dəmirspor”la oyunda problemlə üzləşib. Superliqa təmsilçisi oyunun gedişində kiyevlilərdən tələb ediblər ki, bütün kameralar və jurnalistlər stadionu tərk etməsə, futbolçular matçın ikinci yarısına çıxmayacaqlar.

Belədə “Dinamo” növbəti oyununu fevralın 23-də Latviyanın “Valmiera”sına qarşı keçirəcək.

Exit mobile version