AUT.AZ

Türkiyə klubunu Braziliyaya dəyişdi

Türkiyənin “Antalyaspor” klubu Luis Adriano ilə yollarını ayırıb.

Aut.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Braziliyalı hücumçunun mövsümün sonunda bitməli olan sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

35 yaşlı forvardın karyerasını harada davam etdirəcəyi də məlumdur. O, ölkəsinin “İnternasyonal” klubu ilə razılıq əldə edib.

Qeyd edək ki, luis Adriano 2022-ci ilin fevral ayından “Antalyaspor”da çıxış edirdi. Təcrübəli futbolçu cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version