AUT.AZ

Son dəqiqə: Messinin atası Laporta ilə görüşdü

Lionel Messinin atası və agenti Xorxe Messi “Barselona”nın prezidenti Joan Laporta ilə görüşüb.  

Aut.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mənbənin sözlərinə görə, görüşdə üç əsas mövzu müzakirə olunub. Öncə Messinin Kataloniya komandasına mümkün qayıdışını müzakirə ediblər.

Həmçinin söhbət zamanı “Barselona”nın keçmiş liderinə necə hörmət bəsləməli olduğu məsələsi də müzakirə olunub. Sonuncu mövzu isə Lionelin qardaşı Matias Messinin yaratdığı qalmaqal olub. O, Messinin heç vaxt kluba qayıtmayacağını deyərək, Laporta da daxil olmaqla, “Barselona” rəhbərliyini və hətta azarkeşləri sərt tənqid edib.

Xatırladaq ki, Messi Barselona sistemində ümumilikdə 18 ildən çox vaxt keçirib. Argentinalı PSJ-yə yalnız 2021-ci ildə keçib. Onun parislilərlə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Aut.az

Exit mobile version