AUT.AZ

ŞOK! Dibala futboldan uzaqlaşdırılır

“Roma”nın hücumçusu Paulo Dibala “Yuventus”la məvaciblə bağlı gizli razılaşmaya görə cəzalana bilər.

Aut.az xəbər verir ki,  bu haqda “La Repubblica” məlumat yayıb. Bu gün polis bu işlə bağlı futbolçunu dindirib. Günahı sübut olunarsa, Dibala bir ay müddətinə futboldan uzaqlaşdırıla bilər.

Bildirilir ki, İtaliya prokurorluğu 2020-ci ildə koronavirus pandemiyası zamanı futbolçuların maaşlarını azaltmaq üçün “Yuventus”un maliyyə fırıldaqçılığı ilə bağlı işin araşdırılmasını davam etdirir.

Müstəntiqlərin fikrincə, Turin klubunun əvvəlcə bildirdiyi kimi, Dibala həmin dövr üçün maaşdan imtina etməyib, lakin ödənişin təxirə salınmasına razılaşıb və sonradan 1,9 milyon avroluq iki ödənişlə həmin məbləği alıb.

İtaliyanın İdman Ədaləti Məcəlləsinə əsasən, klublara bu şəkildə təzminat ödəmək qadağandır. Oyunçular, həmçinin bu cür kompensasiyaları qəbul edə bilməzlər. Bunu edən futbolçu ən azı bir ay cəzaya məruz qalmalıdır.

İtaliya Futbol Federasiyasının qərarına əsasən, futbolçuların maaşları ilə bağlı maliyyə fırıldaqları etdiyinə görə, “Yuventus”un 15 xalı silinib.

Aut.az

Exit mobile version