AUT.AZ

Rusları Avropadan qovdular, Asiyaya keçdilər

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasına (CFR) Asiyaya keçməyə icazə verib.

Aut.az xəbər verir ki, bu barədə CFR məlumat yayıb. Qeyd olunub ki, FİDE-nin İcraiyyə Komitəsinin fevralın 21-də keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb və yekun qərar qəbul edilib.

Keçidin yekun təsdiqi Asiya Şahmat Federasiyasının fevralın 28-də ACF-nin sammitində rəsmən elan ediləcək.

CFR Asiyaya keçmək istəyini 2022-ci ilin aprelində açıqlayıb. Buna səbəb rusiyalı şahmatçıların Avropadakı yarışlara qatılmaqda problemlər yaşaması və neytral bayraq altında çıxış etmələridir.

Exit mobile version