AUT.AZ

Onun oğulları bu ölkədə komanda yoldaşı oldular – FOTO

Braziliya futbolunun əfsanələrindən olan Rivaldonun oğlu Portuqaliya klubuna transfer olunub.

Aut.Az xəbər verir ki, “Vizela” klubu 16 yaşlı oğlu İsaakı aldığını elan edib.

O, əvvəlcə Portuqaliya klubunun U-17 komandasında mübarizə aparacaq. Beləliklə, oğul-Rivaldo böyük qardaşı Joao Vitorla komanda yoldaşı olacaq.

Rivaldo kiçik oğlu ilə birlikdə “Vizela”nın bazasını gəzdikdən sonra klubun mətbuat xidmətinə bunları söyləyib:

“Vizela”nın iki övladıma verdiyi fürsətə görə xoşbəxtəm. Klubun infrastrukturuna, prezidentlə dostluğuma və məni çox yaxşı qarşılayan şəhərə görə şadam. Bu, İsaak üçün yaxşı olacaq. İsaak aqressivdir, qol vurmağı və rəqibin qapısına daha yaxın olmağı xoşlayır. Cəmi 16 yaşı olduğu üçün hələ çox məşq etməlidir. Mən də “9 nömrə”dən başladım, sol cinahda oynadım və “10 nömrə”, nəhayət dünyanın ən yaxşısı oldum”.

 

Exit mobile version