AUT.AZ

Qayıdır? – 3 klub maraq göstərir

Sərdar Azmunun agenti onun Rusiyaya qayıtma ehtimalını dəyərləndirib.

“Bayer”in forvardı əvvəllər Rusiyada “Zenit”, “Rostov” və “Rubin”də çıxış edib.

Aut.az xəbər verir ki, Azmunun agenti Armand Durun bildirib ki, müşətrisinin Rusiyaya qayıtmaq variantı istisna olunmur:

– Rusiyadan konkret təkliflər olubmu?

– Konkret təkliflər olmayıb. Amma Rusiyanın bir çox klubları Sərdara maraq göstərib.

– Neçə klub?

– Üç klub. Onların adını çəkə bilmərəm, amma təxmin etmək o qədər də çətin deyil.

– Yaya transferi zamanı Rusiyaya qayıtması mümkündürmü?

– Mümkündür, bəli. Görək Azmun yaya qədər necə oynayır, Leverkuzendə neçə dəqiqə şans qazanacaq. Amma keçid həmişə mümkündür.

Aut.az

Exit mobile version