AUT.AZ

“Qarabağ”a Belçikadan şad xəbər

Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent”in daha iki futbolçusu Belçikadakı cavab oyununu buraxa bilər.

Aut.az xəbər verir ki, müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hyulsager Azərbaycan çempionu ilə matçda olmaya bilər. Okumu Bakıdakı ilk oyunda xəsarət alıb. Hyulsager isə Belçika çempionatının 26-cı turu çərçivəsində baş tutan “Louven”lə matçda sıradan çıxıb.

Daha əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada zədələnən Alessio Kastro-Montesin də növbəti oyunda iştirakı sual altına düşmüşdü.

“Qarabağ” “Gent”ə qarşı cavab matçını fevralın 23-də saat 00:00-da keçirəcək. İlk oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

 

Exit mobile version