AUT.AZ

Maradonanı daim vururdular, Messini isə hakimlər qoruyur

Alman futbolunun əfsanəsi, “Bavariya”nın sabiq baş direktoru Karl-Haynts Rummenigge Lionel Messi ilə Dieqo Maradonanı müqayisə edib.

Aut.az xəbər verir ki, “Corriere dello Sport” Rummeniggeyə 2 sualla müraciət edib: “Hansı “Napoli” daha güclüdür: indiki, yoxsa Maradona oynayan? Kim daha yaxşıdır: Maradona, yoxsa Messi?”

O, belə cavab verib:

“Birinci suala cavab verə bilmərəm, amma ikinci suala cavab verəcəyəm. Maradona və Messi iki fərqli oyunçudur.

Dieqo meydanda qəbuledilməz rəftara məruz qalıb. Rəqiblər onu daim vururdular. “İnter” – “Napoli” matçını xatırlayıram,  futbolçularımız onu çox pis əzirdilər.

Messi isə qaydalar və hakimlər tərəfindən qorunur. Toxunduqda, dərhal cərimə verilir.

Mən onun texniki keyfiyyətlərini müzakirə etmirəm, o, şəksiz çempiondur, amma mənim üçün Maradona tarixin ən böyük oyunçusu olaraq qalır”.

Aut.az

Exit mobile version