AUT.AZ

“Enfild”də rekord ardınca rekord

UEFA Çempionlar Liqasının 1/8 finalının ilk görüşü çərçivəsində keçirilən “Liverpul – “Real” matçı (2:5) bir sıra məqamlarla əlamətdar olub.

Aut.az xəbər verir ki, “kral klubu” avrokubok yarışlarında “Enfild Roud”da “qırmızlar”ın qapısına 5 qol vuran ilk komanda olub. Ümumiyyətlə, “Liverpul” öz meydanında avrokubok matçları zamanı bunadək qapısından heç 4 top buraxmamışdı.

Sözügedən oyun futbolçular üçün də əlamətdar olub. “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah bu turnirdə 44-cü dəfə qol vurub. Bununla da o, ÇL-də afrikalı futbolçular arasında bombardir olan Didye Droqbaya çatıb. Eyni zamanda, komandasının tarixinə də düşüb. Salah “Liverpul”un avrokuboklardakı ən məhsuldar futbolçusuna çevrilib.

“Real”da isə 2 qol + 1 assist edən Vinisius Junior ümumilikdə karyerası ərzində “Liverpul”un qapısına 5 dəfə yol tapıb. Bu isə İngiltərə təmsilçsinə 4 qol vurmuş Kərim Benzema və Didye Droqbadan daha üstün nəticədir.

Həmçinin, braziliyalı futbolçu 22 yaş 224 günlüyündə “Enfild”də qollar vurmaqla 1966-cı ildən bəri “Liverpul”la oyunda dubl etmiş ən gənc futbolçu ünvanına sahib çıxıb. 1966-cı ildə niderlandlı Yohan Kroyff “Ayaks” forması ilə 19 yaş 233 günlüyündə “Liverpul”a 2 qol vurmağı bacarıb.

Exit mobile version