AUT.AZ

Belçikada “Qarabağ”la oyuna maraq göstərmirlər?

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Gent” – “Qarabağ” oyununa satılan biletlərin sayı açıqlanıb.

Aut.az xəbər verir ki, 20 min azarkeş tutumuna malik “Gelamko Arena”da keçiriləcək matç üçün cəmi 9 min bilet satılıb. Bu barədə Belçika mətbuatı məlumat yayıb. Hələ 11 min bilet satışdadır.

Oyuna marağın az olmasını matçın həftəiçi gerçəkləşməsi və yerli vaxtla saat 21:00-da başlaması ilə əlaqələndirilir.

Qeyd edək ki, “Qarabağ” “Gent”ə qarşı cavab matçını fevralın 23-də saat 00:00-da Belçikada keçirəcək. Tərəflər arasında Bakıda baş tutan ilk oyunda təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.

Exit mobile version