AUT.AZ

“Barsa” jurnalistlərə də rüşvət verib – FOTOFAKT

“Barselona” ətrafında qalmaqallar bitmək bilmir.

Aut.az xəbər verir ki, klubunun sabiq prezidenti Xosep Maria Bartomeunun hakimlərin ardınca media nümayəndələrinə də pul verdiyi iddia olunur. Bu barədə “The Objective” nəşri məlumat yayıb.

Bildirilir ki, Bartomeunun rəhbər olduğu dönəmdə jurnalistlərə də 7,2 milyon avro ödənilib. Bununla bağlı sənədin olduğu da iddia olunur.

Hazırda sabiq klub prezidentinin hakimlərə pul ödəməsi ilə bağlı iddia araşdırılır. Bu təsdiqini taparsa, Kataloniya təmsilçisi aşağı liqaya düşəcək və 5 il futboldan kənarlaşdırılacaq. Ən yaxşı halda komanda xal silmə və cərimə cəzası alacaq.

Qeyd edək ki, Xosep Maria Bartomeu 2014-2020-ci illərdə “Barselona”nın prezidenti olub.

Exit mobile version