AUT.AZ

Əsəbiləşdi: Bu, nokautdur, xaosdur

Ceymi Karrager “Liverpul”un “Real”a məğlubiyyətini şərh edib.

Aut.az xəbər verir ki, Karrager futbolçuları kəskin tənqid edib. O, CBS-in efirində belə deyib:

“Liverpul”dan xaotik bir oyun gördük. Ayıbdır. Bütün mövsüm ərzində onları müdafiə etdik. İkinci hissədə olanlar biabırçılıq idi.

Kop (azarkeş tribunası) tərəfə hücum etdiyin hissədə 0:3 hesabı ilə məğlub olmaq? Bu, nokautdur, xaosdur.

Vircil van Deyk bir neçə ay əvvəl demişdi ki, mən o “dördlük”də (Karragerin vaxtında “Liverpul”un müdafiə xəttini nəzərdə tutaraq) olmaq istəməzdim. Düşünürəm ki, indi onun yerini mən tutacam”.

“Liverpul” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real”a 2:5 hesabı ilə uduzub.

Aut.az

Exit mobile version