AUT.AZ

Ukrayna Rusiya klublarını oyun alverində ittiham etdi

Ukrayna Futbol Assosiasiyasının etika və ədalətli oyun komitəsinin sədri Françesko Baranka Rusiya klubu “Fakel”i danışılmış oyunlarda iştirakda ittiham edir.

 Aut.az xəbər verir ki, Françesko federasiyanın rəsmi saytına verdiyi açıqlamada Türkiyə və Kiprdə keçirilən yoxlama oyunlarında şübhəli məqamların olduğunu iddia edib:

“Təəssüf ki, Türkiyə və Kiprdə keçirilən oyunlar arasında eləsi var ki, bukmekerlərə oynayıblar. Ən azı, Ukrayna Futbol Assosiasiyası nümayəndələrinin monitorinqinə əsaslanaraq bu barədə danışmaq olar. Bu məlumatlara əsasən, manipulyasiya ehtimalı yüksək olan cəmi 30-dan çox matç haqqında danışmaq mümkündür.

Rusiya komandaları danışılmış oyunların aktiv iştirakçılarıdır. Maraqlısı odur ki, Ukraynada danışılmış oyunlara görə diskvalifikasiya edilən ukraynalı futbolçu hazırda Rusiya klubunda çıxış edir. Həmin futbolçunun oynadığı “Fakel” xeyli sayda şübhəli oyunların iştirakçısıdır. Ukraynadan olan futbol fırıldaqçılarının Rusiyaya köçdüyünü deyə bilərik”.

Aut.az

Exit mobile version