AUT.AZ

“Superliqa mövcuddur, onun adı Premyer Liqadır”  

“Milan”ın keçmiş vitse-prezidenti, hazırda isə “Monza”nın baş direktoru Adriano Qalliani İngiltərə Premyer Liqası ilə İtaliya, İspaniya, Almaniya və Fransa çempionatlarını müqayisə edib.

Aut.az  xəbər verir ki, Qalliani “Football Italia”ya açıqlamasında bu liqalar arasında böyük gəlir fərqinin olduğunu bildirib:

“Qış transfer pəncərəsində tək “Çelsi” bütün A Seriyası, La Liqa, Bundesliqa və Liqa 1 klublarının cəmindən daha çox pul xərcləyib. Superliqa artıq mövcuddur və onun adı Premyer Liqadır.

Bu, geridönməz bir prosesdir, mən futbolda kifayət qədər uzun müddətdir çalışıram və gəlirin qələbələrə ciddi bağlı olduğunu bilirəm”.

Aut.az

 

Exit mobile version