AUT.AZ

“Qarabağ” – Gent”oyunundan elə kadrlar lentə aldı ki… – Video

Futbolçuların böyük əksəriyyəti peşəkar karyeralarını başa vurandan sonra başqa sənətə yön almır.

Özlərini bu sahədə görürlər deyə, həyatlarına məşqçi, agent, klub funksioneri, ən pis halda televiziya kanallarında şərhçi-ekspert kimi davam edirlər.

Blogerlik etməyi, sosial şəbəkə fenomeni olmağı heç də hər kəs bacarmır. Amma Azərbaycanda bu stereotipi qıran futbolçu var.

Uzun illər Premyer Liqamızda top qovmuş, Rusiyanın Birinci Liqasında top dalınca qaçmış Nuqzar Kvirtiya.

Əslən Gürcüstandan olan Nuqzar karyerasını başa vurandan sonra Bakıda yaşamağı üstün tutdu.

Azərbaycanda yaşayan xanımla ailə qurdu, övladı dünyaya gəldi, Bakıda “White City” adlı klub açdı və beləcə həyatını ölkəmizdə davam etdirməyi qərara aldı.

İndi isə tanınmış “Tik Tok”çudur. Sosial şəbəkə platforması üçün müxtəlif səpkili videolar hazırlamaqla izləyicilərin rəğbətini qazanıb.

Hər nə qədər qəribə olsa da, Kvirtiya “Gent” – “Qarabağ” oyunu üçün bloger kimi qeydiyyatdan keçmişdi və həmin akkreditasiya ona meydanın kənarında dayanmaq və işləmək imkanı verirdi.

Özünün də etiraf etdiyi kimi, vaxtilə “Qarabağ”a qarşı futbol oynamış, hətta Premyer Liqada ağdamlıların qapısına yol tapmış sabiq futbolçu bu dəfə reportaj hayındaydı.

Oyundan əvvəl, görüşün gedişində və qarşılaşma başa çatandan sonra mavi ekranlarda, hətta stadionda çoxlarının görmədiyi məqamları lentə alan Nuqzar məlum qarşılaşmadan möhtəşəm vloq hazırlayıb.

Bəzi anlarda şərhçilik qabiliyyətini də göstərir ki, bunun onda nə dərəcədə möhtəşəm alındığını görmək üçün mütləq videonu izləmək lazımdır. (Sportinfo)

 

Exit mobile version