AUT.AZ

Qalmaqal böyüyür: Maska cırılıb, hələ 2005-ci ildə Messinin…  

“Barselona”nın prezidenti Joan Laporta La Liqanın rəhbəri Xavyer Tebasa cavab verib.

Aut.az xəbər verir ki, Tebas mətbuata verdiyi açıqlamada bildirmişdi ki, Laporta hakim qalmaqalına aydınlıq gətirə bilməsə, istefa verməlidir.

“Demək istərdim ki, cənab Tebas yenidən gündəmə gəlib. Bəziləri artıq bizə xəbərdarlıq etdilər ki, Tebas “Barselona” və mənə qarşı kampaniya aparır. Maska cırılıb. Xatırlayıram ki, Tebas elə bir insandır ki, karyerasında artıq “Barselona”ya qarşı düşmənçilik nümayiş etdirib.

Hələ 2005-ci ildə o, Messinin klubumuzda oynamasını istəmirdi. CVC ilə müqavilə imzalamamağımızı bağışlamırdı. Mən cənab Tebasa “Barselona”nın prezidenti vəzifəsindən istefa verməklə həzz yaşatmayacağam.

“Barselona”nın tarixini ləkələməyə çalışan hər kəs qətiyyətli cavab alacaq”, – “Relevo” Laportadan sitat gətirir.

Aut.az

Exit mobile version