AUT.AZ

İraq Rusiyanı Bağdada dəvət etdi – Onlar isə…

Rusiya və İraq yığmaları yoldaşlıq oyunu keçirə bilər.

Aut.az “Al Sabaah”a istinadən bildirir ki, İraq Futbol Federasiyası Rusiya yığmasını milli komandaların mart ayı fasiləsində Bağdadda yoldaşlıq oyunu keçirməyə dəvət edib.

İraq Boliviya və Özbəkistana da dəvət göndərib. Martın 20-dən 28-dək Bağdadda yeni stadionun açılışı olacaq. İraq açılış matçında bu ölkələrdən biri ilə oynamağı planlaşdırır.

“Sport-Ekspress”in məlumatına görə, Rusiya Futbol İttifaqı cavab məktubu göndərərək iraqlıları Soçiyə dəvət edib.

Aut.az

Exit mobile version