AUT.AZ

TFF Mahir Emrelinin debütünə mane oldu

Mahir Emrelinin Türkiyə Super Liqasında debütü ləngiyəcək. Azərbaycan millisinin üzvünə “Fənərbaxça” ilə matçda meydana çıxmağa icazə verilməyib.

Aut.az xəbər verir ki, ötən həftə “Konyaspor”a keçən hücumçu ayın 25-də İstanbulda baş tutacaq oyunda olmayacaq. Bunun səbəbi Emreliin oyunun baş tutmalı olduğu tarixədək transfer edilməməsidir.

Qarşılaşma fevralın 6-da keçirilməli idi. Ancaq Türkiyədə baş verən zəlzələ üzündən qarşılaşma bu həftəyə təxirə salınıb. Türkiyə Futbol Federasiyasının qaydalarına görə, komandalar bu ayın 25-də baş tutacaq qarşılaşmada öncədən təqdim edilən iştirak ərizəsi ilə çıxış etməlidir. Belədə fevralın 14-də qeydiyyata alınan Emrelinin adı matçın protokoluna salınmayacaq.

Exit mobile version