AUT.AZ

Teymur Rəcəbov xanımı ilə Maldivdə belə istirahət edir – FOTO

Qrosmeyster Teymur Rəcəbov həyat yoldaşı Anna Rəcəbova (Maksakova) ilə Maldiv adalarında istirahətə yollanıb.

Publika.az xəbər verir ki, bunu əks etdirən görüntüləri şahmatçı instaqram səhifəsində paylaşıb.

Cütlüyün sevgidolu paylaşımları maraqla qarşılanıb.

Qeyd edək ki, Anna Maksakova Rusiyanın Xalq artisti Lüdmila Maksakovanın nəvəsidir. Cütlük 2022-ci ilin yanvarında nikaha girib. Onların Nika adlı qız övladı var.

Bu, T. Rəcəbovun ikinci evliliyidir. Şahmatçı 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub, lakin bir müddət sonra cütlük boşanıb. Onların Məryəm adlı bir övladı var.

 






Exit mobile version