AUT.AZ

“Şalke” Azərbaycan millisinin rekordunu təkrarladı

Almaniya Bundesliqasında maraqlı statistika qeydə alınıb.

Aut.az xəbər verir ki, “Şalke” ardıcıl 4 oyundur qolsuz heç-heçə edir. Komandanın son olaraq ötən gün “Union Berlin”lə matçı 0:0 hesabı ilə başa çatıb. Tomas Raysın çalışdırdığı kollektiv bundan əvvəl “Köln”, “Borussiya” (Münhenqladbax) və “Volfsburq”la qolsuz heç-heçə edib.

“Opta”nın məlumatına görə, bu, Bundesliqa tarixində ən uzun qolsuz heç-heçə seriyasıdır.

Qeyd edək ki, futbol üzrə Azərbaycan millisi 2020-ci ildə keçirdiyi ardıcıl 4 oyunda rəqibləri ilə qolsuz heç-heç etmişdi. Yığmamız Kipr, Sloveniya, Monteneqro və Lüksemburqla sülh bağlamışdı. Bu, Azərbaycan millisinin tarixində ən uzun qolsuz seriyası idi.

Exit mobile version