AUT.AZ

“Real” İngiltərəyə onlarsız gedir

“Real” “Liverpul”a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunununa ciddi itkilərlə çıxacaq.

Aut.az xəbər verir ki, “kral klubu”nun iki əsas futbolçusu – Aurelien Çuameni və Toni Kroos matçda iştirak etməyəcək. Bu barədə klub məlumat yayıb.

Yarımmüdafiəçilər bir gün əvvəl xəstəlik səbəbindən məşq etməyiblər. Ölkə çempionunda müdafiəçi Ferlan Mendi isə zədəli olduğu üçün meydana çıxmayacaq.

Qeyd edək ki, fevralın 21-də oynanılacaq “Liverpul” – “Real” görüşü 00:00-da başlayacaq.

“Real”ın iştirak ərizəsi:

Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Luis Lopez Anduqar;

Müdafiəçilər: Dani Karvaxal, Eder Militao, David Alaba, Xesus Valyexo, Naço, Alvaro Odriozola, Lukas Vaskes, Toni Rudiger

Yarımmüdafiəçilər: Luka Modriç, Eduardo Kamavinqa, Fede Valverde, Dani Seballos, Mario Martin, Serxio Arribas;

Hücumçular: Eden Hazard, Kərim Benzema, Marko Asensio, Vinisius Junior, Rodriqo Qoes, Alvaro Daniel Rodrigez.

Exit mobile version