AUT.AZ

“Qarabağ”da şok itki

Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” ciddi itkiylə üzləşib.

Aut.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnən yarımmüdafiəçi Marko Yankoviçi sıradan çıxıb. Tibbi müayinədən keçən monteneqrolu futbolçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib. Həkimlərin rəyinə əsasən, ilk oyunda “Qarabağ”a qələbə gətirən qolun ötürməsini verən Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə klub rəsmi məlumat yayıb.

Qeyd edək ki, fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Bakıda baş tutan ilk matçda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Exit mobile version