AUT.AZ

Uğursuzluğun səbəbi: Messinin saqqalı… – FOTOLAR

PSJ-nin üzvü Lionel Messi yenə diqqət mərkəzindədir. O, Paris təmsilçisinin üç fərqli turnirdə aldığı ardıcıl üç məğlubiyyətdən sonra imicini dəyişmək qərarına gəlib. Həftəortası Çempionlar Liqasında – “Bayern”lə matçda meydana saqqalla çıxan argnetinalı forvard “Lill” ilə dramatik matçda saqqalsız göründü.

PSJ-nin saqqalsız Messisi 90+5-ci dəqiqədə cərimə zərbəsindən möhtəşəm qol vuraraq komandasının 4:3 hesablı qələbəsini rəsmiləşdirdi. Bundan dərha sonra isə müzakirələr bşladı. İddia edilir ki, o, üzü tüksüz olanda daha uğurlu olur. Ancaq ilk dəfə deyil ki, 35 yaşlı superulduz imicində dəyişiklik edir. Həmin anları xatırlamaq yerinə düşər.

2006-cı Messi üçün hər şey yeni başlayır. 19 yaşlı Lionel və onun uzun saçları. Təbii ki, saqqalsız.

Mart 2007 – Dünyada messimaniyanın başlanğıcı. Gənc futbolçu “Real”la oyunda het-trik edir.

2008-ci il – Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Leo yarışdan sonra saçını kəsdirmək qərarına gəlib.

2014-cü il – Messi Dünya çempionatında saqqalsız çıxış etdi. Argentina yığması son dəqiqələrdə buraxılan qolla məğlub oldu.

Hər şey bundan sonra dəyişdi – döymələr, müxtəlif saç düzümləri və saqqal… Messi ilk dəfə 2016-cı ildə Amerika kubokunda saqqalla meydana çıxdı. Leo bunu şans üçün etdiyini deyirdi:

“Saqqalı qırxsam, məni öldürəcəklər. İnanırıq ki, məğlubiyyət seriyasını qırıb kuboku qazanacağıq. İndi qırxmayacam, komanda yoldaşlarım buna icazə verməyəcək”.

Messinin saqqalı heç bir işə yaramadı. Argentina millisi finalda penaltilər seriyasında məğlub oldu. Qeyri-dəqiq zərbələrdən biri ona məxsus idi.

Vaxt ötdükcə Messi parlaq görünüşə ehtiyac duydu. O, gah saqqalının, gah da saçınn rəngini dəyişdi. Hər dəyişiklik onun üçün yeni başlanğıc idi.

Leoya imicini yeniləməyi kim məsləhət görürdü? 2012-ci ilin yazından birlikdə çalışdıqları bərbəri Ariel Bermudes. O deyirdi ki, bu dəyişikliklər Messinin imicinə və işinə müsbət təsir edir.

2017-ci ildə Messi normal saç rənginə qayıtdı, lakin saqqalını saxladı. Maraqlıdır ki, tünd saçlı argentinalı qırmızı saqqallıdır. Söhbət boyadan getmir. Bu, onun geni ilə əlaqədardır. Valideynlərdən birindən övlada keçir. Messinin atası qara saçlıdır. Çox güman ki, Leo geni anasından miras alıb.

Argentinalı 2018/2019 mövsümündə saqqalını qırxdı. Bu, sosial şəbəkələrdə çox müzakirə edildi. Pərəstişkarları bir neçə gün hansı obrazın Leoya daha çox yaraşdığını mübahisə edirdilər. Bununla belə, Messi mövsümün sonunda saqqala qayıtdı. COVID-19 pandemiyasında isə gigiyenanı nəzərə alaraq yenidən üzünü təmiz saxlamağa başladı.

35 yaşlı futbolçu 2021-ci ildə – yeddinci “Ballon d’Or” mükafatına bir neçə gün qalmış yenidən saqqalsız göründü. Amma o, mərasimə xırda üz tüküylə qatılmışdı.

Və nəhayət 2022-ci ilin qışı. Çoxdan gözlənilən an gəlmişdi. Lionel Messi Dünya Kubokunu başı üzərinə yeni görkəmdə qaldırdı. Gecənin qəhrəmanının saqqalı yerində olsa da, saçı qırxılmışdı.

Bu günlərdə isə Messi yenə stil yeniləməsi ilə gündəmdədir. Görək bu dəyişiklik nə qədər davam edəcək və Leonun növbəti imici necə olacaq.

Aut.az

Exit mobile version