AUT.AZ

Onu da hədələdilər, təhqir etdilər

Premyer Liqanın 24-cü turunun “Vest Hem”lə oyununda (2:0) “Tottenhem”in hücumçusu Son Hın Min internetdə irqçi təhqirlərə məruz qalıb.

Aut.z xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub koreyalını dəstəklədiyini bildirib və sosial media istifadəçilərini futbolçuya hücuma görə qınayıb, Britaniya hakimiyyətini tədbir görməyə çağırıb.

“Bugünkü oyun zamanı internetdə Son Hın Minə qarşı irqçi təhqirdən xəbərdarıq. Biz Sonu dəstəkləyirik və bir daha sosial media şirkətlərini və səlahiyyətliləri tədbir görməyə çağırırıq”, – deyə klub “Tvitter”də yazıb.

Aut.az

Exit mobile version