AUT.AZ

Onu bura gətirənlər “Neftçi”yə xəyanət ediblər

“Neftçi” baş məşqçisini təcili dəyişməlidir”.

Aut.az xəbər verir ki, Bu sözlər Sportinfo.az saytının baş redaktoru İlkin Vaqifoğlu deyib.  ATV kanalında yayımlanan “Futbolumuz” verilişinə qonaq olan İ.Vaqifoğlu ötən ilin yayından bu tərəfə “ağ-qaralar”ın sükanı arxasında dayanan Lorentsiu Regekampı klub rəhbərliyinin ən uğursuz seçimi adlandırıb:

“Onu bura gətirənlər “Neftçi”yə xəyanət edib. Mən son illərdə “Neftçi”də ondan zəif məşqçi görməmişəm.

Bu adamın varlığı futbolçuları narahat edir. Heç kim ona görə oynamaq istəmir.

Ümumiyyətlə, Rege də işlədiyi kluba biganədir. Hələ mənə qaranlıq qalıb ki, Regeni “Neftçi”yə dəvət edənlər nəyi əsas götürüblər, onda hansı keyfiyyət görüblər.

Biz görmüşük ki, “Neftçi” həmişə çempionluq uğrunda mübarizə aparsın. Bu il üçüncü yerdən yixarı qalxmaq şansları faktiki olaraq yoxdur.

Nə qədər gec deyil, onunla yolları ayırmaq lazımdır”.

Aut.az

Exit mobile version