AUT.AZ

Mahir Emreli bu oyunda debüt edəcək?

Futbol üzrə milli komandamızın üzvü Mahir Emreli bir müddət öncə transfer olunduğu “Konyaspor”da debüt etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, 25 yaşlı forvard yeni komandasındakı ilk oyununu bu həftə “Fənərbağça”ya qarşı keçirə bilər. Futbolçumuz “ağ-yaşıllar”ın hazırlıq prosesində iştirak edir. Hücum xəttində problem yaşayan Aleksandar Stanoyeviç Mahirə şans verməyi planlaşdırır.

23-cü turdan təxirə salınan “Fənərbağça” – “Konyaspor” qarşılaşması fevralın 25-də saat 20:00-da keçiriləcək. Həmin qarşılaşma fevralın 6-da keçirilməli idi. Ancaq həmin gün Türkiyədə zəlzələ baş verdiyindən matç təxirə salınıb.

Qeyd edək ki, Türkiyə mətbuatında “Konyaspor”un fevralın 22-də “Gənclərbirliyi” ilə yoldaşlıq görüşü keçirəcəyi və Mahirin həmin oyunda debüt edəcəyi bildirilir. Ancaq klub bu qarşılaşma barədə heç bir rəsmi məlumat yaymayıb.

Exit mobile version