AUT.AZ

Gün ərzində polisə iki dəfə rüşvət verib

“Moskva” klubunun keçmiş hücumçusu Hektor Brakamonte 2003-cü ildə Rusiyada başına gələnlərdən danışıb.

Aut.az xəbər verir ki, Hektor küçədə addımbaşı polis nəzarətinin olduğunu bildirib. O, gün ərzində polisə 2 dəfə rüşvət verdiyini deyib:

“Rusiyaya gələndə saqqalım, uzun saçım var idi, geyimim də rus adamı üçün normal görünmürdü. Polis həmişə məni saxlayırdı. Tərslikdən çox vaxt da pasportum üstümdə olmurdu, üstəlik, rus dilini yaxşı bilmirdim.

Bir dəfə yenə də polis məni saxladı. Bir az pul verdim, buraxdılar. Yolu o tərəfə keçdim və gördüm ki, metronun yanında başqa bir patrul dayanıb. Təbii ki, məni saxladılar. Onlara da pul təklif etdim.

Kənara çəkildilər, öz aralarında nəyisə müzakirə etdilər, sonra məsələni həll etdik. Beləcə, gün ərzində polisə iki dəfə rüşvət verməli oldum”.

Aut.az

Exit mobile version