AUT.AZ

Gözündən əməliyyat olundu

“Roma”nın hücumçusu Temmi Abraham Avropa Liqasında “Zalsburq”la matçı buraxacaq.

Aut.az “Calciomercato”ya istinadən xəbər verir ki, buna səbəb ingilis forvardın gözündən əməliyyat olunmasıdır. 25 yaşlı futbolçu A Seriyasının XXIII turunda “Verona” ilə matçının 15-ci dəqiqəsində Canluka Mançini ilə toqquşmadan sonra meydanı tərk etmək məcburiyyətində qalıb. Həmin görüşdə o, sol alt göz qapağından yaralanıb. Matçdan sonra Temmi xəstəxanaya gedib. Cərrahiyyə əməliyyatı keçirən futbolçunun aşağı sol göz qapağına altı tikiş vurulub.

“Roma”nın “Zalsburq”la oyunu fevralın 23-də keçiriləcək.

Exit mobile version