AUT.AZ

“Fevral kabusu”, yoxsa “aradan çıxmaq” fürsəti? – FOTOLAR

Neymar yenə fevralda sıradan çıxıb.

Aut.az xəbər verir ki, PSJ-də çıxış etdiyi vaxt ərzində bu tarixlərdə sıradan çıxan futbolçu ənənəsinə sadiq qalıb. Yalnız ötən ilin fevralında sağlam olan braziliyalı hücumçu əvvəlki 4 mövsümdə ağır zədələr alıb.

İlk dəfə 2018-ci ildə fevralın 26-da zədə alan Neymar uzun müddət komandasına kömək edə bilməyib. 1 il sonra isə yanvarın 26-da sıradan çıxan Braziliya millisinin üzvü fevral və mart aylarında komandasına kömək etməyib. 2020 və 2021-ci illərin fevralında da analoji vəziyyətlə üzləşən futbolçu PSJ-nin vacib matçlarını evdən izləməli olub. Ötən il yanvarda yaşıl meydanlardan uzaq qalan vinger bu dəfə “sevimli ənənə”sini bərpa edib.

“Lill”ə görüşün 50-ci dəqiqəsində onun topuğu burxulub. Futbolçu zədə alan ayağının fotosunu paylaşaraq “yenə və yenə” yazıb. Həkimlərin rəyinə əsasən, Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern”lə cavab qarşılaşmasına qədər komandanın sıralarına dönə bilər.

Qeyd edək ki, Neymar fevralda zədəli olduğu bütün mövsümlərdə bacısının doğum günü partiləri ilə gündəmə gəlib. Bu da PSJ azarkeşləri tərəfindən narazılıqla qarşılanıb.

Exit mobile version