AUT.AZ

Dünyanın ən yaxşısı adına namizədlər açıqlandı

Dünyanın ən nüfuzlu idman mükafatlarından biri olan “Laureus”in 2022-ci təqvim ili üzrə 2 nominasiyada namizədlərin adları açıqlanıb.

Aut.az xəbər verir ki, ilin ən yaxşı idmançısı adına 6 namizədin adı açıqlanıb. Kilian Mbappe, Lionel Messi (hər ikisi futbol), Maks Ferstappen (formula 1), Mondo Duplanis (atlet), Rafael Nadal (tennis) və Stefan Kurridən (basketbol) biri ötən ilin ən yaxşısı seçiləcək.

İlin ən yaxşı komandasına da namizədlər bəllidir. Argentina (kişi futbolu), İngiltərə (qadın futbolu), Fransa (kişi reqbi), “Qolden Steyt Uarrios” (kişi basketbolu), “Red Bull Rasinq” (moto yarış) və “Real” (kişi futbolu) bu nominasiyada qalib adı uğrunda yarışır.

Exit mobile version