AUT.AZ

Deyir ki, mən yox, Messi orada olmalıdır

Argentina millisinin üzvü Anxel Di Mariya komanda yoldaşı Lionel Messi barədə danışıb.

Aut.az xəbər verir ki, ESPN-in Argentina şöbəsinə danışan “Yuventus”un yarımmüdafiəçisi Leonun DÇ-2026-da iştirak etməli olduğunu söyləyib:

“Mən daha növbəti mundial haqda düşünmürəm. Ancaq qarşıdakı Amerika Kubokunda iştirak etmək istəyirəm. Növbəti dünya çempionatına mən yox, Leo qatılmalıdır. Çünki xüsusi futbolçudur. O, yeddi dəfə “Qızıl top” mükafatına sahib çıxıb. Futbol tarixinin ən yaxşısıdır. “Barselona” ilə qazanmadığı titul qalmayıb. Messinin növbəti mundialda iştirakı komanda üçün vacibdir”.

Xatırladaq ki, Di Mariya və Messi Argentina millisinin sıralarında DÇ-2022-nin qalibi olublar.

Exit mobile version