AUT.AZ

“Bazel”in stadionunda rusa hücum etdilər – Niyə rus dilində danışırsan?

Rusiyanın Ukraynaya hücumundan sonra bütün dünyada ruslara münasibət dəyişib. İndi rusların ayrı-ayrı ölkələrdə təzyiq və təhqirə məruz qalması adi hala çevrilib. Putinin işğalçılıq siyasəti sadə rusların başında çatlayıb. İndi dünyanın heç bir ölkəsində rusları görmək istəmirlər.

Aut.az xəbər verir ki, Tula “Arsenal”ının mətbuat xidmətinin rəhbəri Yevgeni Ovsiyannikovun oğlu Artyom İsveçrədə təzyiqlə üzləşib.

O, İsveçrə çempionatının 21-ci turunda keçirilən “Bazel” – “Servett” qarşılaşmasını arenadan izləyib. Artyom yerləşdiyi sektorda çəkiliş aparıb və sosial şəbəkə üçün canlı yayım edib. Onun rus dilində danışması azarkeşlərin diqqətini cəlb edib. İsveçrəli fanatlar ondan çəkilişi dayandırmağı tələb ediblər. Hətta onu məcbur ediblər ki, videonu silsin. Fanatlar qəzəbli halda ona, “sən russan, niyə rus dilində danışırsan?” sualını veriblər.

Artyom üzləşdiyi təzyiqlə bağlı polisə müraciət edib.

Aut.az

Exit mobile version