AUT.AZ

“Barsa”dan daha bir rekord

“Barselona” İspaniya La Liqasında daha bir rekorda imza atıb.

Aut.az xəbər verir ki, Xavi Ernandesin rəhbərlik etdiyi komanda buna 22-ci tur çərçivəsində “Kadis”lə matçda (2:0) qapısını toxunulmaz saxlamaqla nail olub. Bununla da “Barsa” buraxılan qolsuz matçlarda İspaniya çempionatının rekorduna imza atıb .

Kataloniyalılar cari mövsüm La Liqada keçirdikləri 22 matçdan yalnız 5-də top buraxıb. 22 tur ərzində 17 quru oyun seriyası turnir tarixinin rekordudur.

Exit mobile version