AUT.AZ

Daha bir oyunda qol buraxmasa…

“Mançester Yunayted”in qapıçısı David De Xeanın qol buraxmadığı oyunlarının sayı 180-ə çatıb.

Aut.az xəbər verir ki, ispaniyalı qolkiper buna Premyer Liqada “Lester”lə matçda (3:0) nail olub. Nəticədə De Xea “qırmızı şeytanlar”ın keçmiş qapıçısı Peter Şmeyxelin nailiyyətini təkrarlayıb. Danimarkalı əfsanə də 180 “quru matça” sahib idi.

De Xea daha bir oyunda qapısını rəqiblərinin üzünə bağlasa, bu göstəricidə Mançester təmsilçisinin tarixinə düşəcək

Qeyd edək ki, 32 yaşlı qapıçı Premyer Liqada 140, cari mövsümdə isə 10 belə oyun keçirib.

Exit mobile version