AUT.AZ

Vəkili həbsxanadan xəbər gətirib: Deyir ki, sakitəm, çünki..

Braziliyalı müdafiəçi Dani Alvesin vəkili Kristobal Martel futbolçunun İspaniya həbsxanasındakı vəziyyətindən danışıb.

Aut.az xəbər verir ki, Martel bu haqda “Mundo Deportivoya açıqlama verib. O, Daninin durumunu belə təsvir edib:

“Alves sakitdir. Mənə dedi ki, sakitdir, çünki həqiqəti bilir”.

Zorlamada ittiham olunan 39 yaşlı Alvesin 4 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə biləcəyi bildirilir.

 

Exit mobile version