AUT.AZ

Tələb: Ya bizə verin, ya da orada həbsxanaya salın

İtaliya məhkəməsi Braziliya hökumətindən Robinyonu həbsxanaya göndərməyi tələb edib.

Aut.az xəbər verir ki, “Real” və “Milan”ın keçmiş hücumçusu İtaliya Ali Məhkəməsi tərəfindən qrup şəklində zorlamada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Milan prokurorluğu braziliyalının həbsinə beynəlxalq order verib. Ədliyyə Nazirliyi Robinyonun İtaliyaya ekstradisiyası üçün Braziliyaya sorğu göndərib, lakin Cənubi Amerika ölkəsinin konstitusiyası vətəndaşlarının ekstradisiyasına icazə vermir.

Braziliya Xarici İşlər Nazirliyi cümə günü bildirib ki, İtaliyadan Robinyonun 9 il həbs cəzasını Braziliya həbsxanasında çəkməsi üçün sorğu alıb.

Məhkəmə ekspertləri deyirlər ki, Braziliya ədliyyəsi rəsmi olaraq sorğuya baxmalı və son nəticədə hökmün icrasına razılıq verməlidir. Bu proses bir neçə il çəkə bilər.

Exit mobile version