AUT.AZ

Ronaldonun agentinin son halı: Sanki arvadı onu tərk edib

Kriştiano Ronaldo ilə agenti Xorxe Mendeş arasındakı fikir ayrılığının təfərrüatları bəlli olub.

Aut.az xəbər verir ki, bu haqda “L’Équipe” qəzeti yaxıb.

Mənbənin nəşrə verdiyi məlumata görə, Ronaldo ilə Mendeş arasındakı fikir ayrılıqları uzun müddət artan xətt üzrə davam edib. Lakin portuqaliyalının Piers Morqana verdiyi müsahibə kulminasiya olub. Mendeş bildirib ki, belə müsahibə vermək əsl axmaqlıqdır.

Bundan sonra, artıq DÇ-2022 zamanı Mendeş başa düşüb ki, daha Ronaldo ilə işləməyəcək.

Qeyd olunur ki, agent Kriştiano ilə əməkdaşlığa xitam verməsini asanlıqla qəbul etmir. Onun üçün bu, maliyyə məsələsindən çox sentimental məsələdir.

“Xorxe bunu çox ağır keçirir. Özünü tənha hiss edir, sanki arvadı onu tərk edib və onun yeni sevgilisi haqqında xəbər tutub”, – Mendeşin dostu nəşrə bildirib.

Aut.az

Exit mobile version