AUT.AZ

Ronaldo ilə bağlı yeni iddia: Oğlu öləndən sonra…

Kriştiano Ronaldo ilə bağlı yeni iddia yayılıb.

Aut.az xəbər verir ki, portuqal futbolçunun davranışı müzakirə olunarkən belə versiya səslənir ki, aprel ayında yeni doğulmuş körpəsi öləndən sonra Kriştiano xeyli dəyişib.

Həm hücumçunun özünə, həm də keçmiş agenti Xorxe Mendesə yaxın olan şəxsin “L’Equipe” nəşrinə verdiyi məlumata görə,  futbolçu itkiyə görə depressiyaya düşüb və “o andan nəsə qırılıb”.

“O, özünü idarə edə bilmirdi. Baş məşqçi ona irad bildirəndə, Ronaldo sərt cavab verirdi. Mendeşlə davranışında da belə idi”, – deyə həmin şəxs bildirib.

 

Exit mobile version