AUT.AZ

Pulsuz bilet istədi – Belə cavab aldı

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin Liqa  Kubokunun finalında “Nyukasl”la keçiriləcək oyuna havayı bilet əldə etmək istəyib.

Aut.az xəbər verir ki, o, bu məqsədlə MY-in baş məşqçisi Ten Haqa müraciət edib. Bu barədə  “The Sun” məlumat yayıb.

Kin, Ten Haqdan oyun üçün iki pulsuz biletinin olub-olmadığını soruşub. Məşqçi, Kinin istəyinə cavab olaraq bildirib ki, ona 2 pulsuz bilet təşkil edəcək.

Roy Kin 1993-2005-ci illərdə “Mançester Yunayted”də çıxış edib. 1999-cu ildə yarımmüdafiəçi “Mançester Yunayted”lə Çempionlar Liqasının qalibi olub. Futbolçu həm də 7 dəfə İngiltərə çempionu olub.

“Nyukasl”la görüş fevralın 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Aut.az

 

Exit mobile version