AUT.AZ

“Neftçi”də yeni prezident: Rövşən Nəcəfə təqdim olundu

“Neftçi” böyük dəyişikliklər astanasındadır. “Ağ-qaralar”ın Müşahidə Şurasının sədri Rövşən Nəcəf ən qısa müddətdə islahatlar aparmağı, avrokuboklarda uğurla çıxış edəcək bir komanda formalaşdırmağı hədəfləyib.

Bunun üçün isə kadr islahatından başlamağın vacib olduğunu da bilir. “Neftçi”də “islahat prosesi” elə bu istiqamətdə başlayacaq. Öncə prezident vəzifəsinə layiqli namizəd axtarılırdı.

Aut.az-ın əldə etdiyi məlumata görə, artıq bu namizəd Rövşən Nəcəfə təqdim olunub. Hazırda SOCAR prezidenti öz kanalları vasitəsilə onun haqqında məlumat toplayır. Bundan sonra isə onu qəbul edib “Neftçi”ni necə inkişaf etdirmək istədiyi ilə bağlı strategiyası ilə tanış olmaq, daha sonra qəti qərar vermək niyyətindədir.

Həmin şəxsin kimliyi bizə bəllidir. Amma onun adını açıqlasaq, hazırkı “Neftçi” prezidenti və bu postda gözü olan digər şəxslər “yemlədikləri” jurnalistlər vasitəsilə onun haqqında “qara piar” kampaniyası aparacaqlar.

Ona görə də adın açıqlanmasını məqbul hesab etmirik. Amma həmin şəxsi belə xarakterizə edirik:

Əvvəllər “Neftçi”nin strukturunda çalışıb. Kifayət qədər uğurlu olub. Peşəkardır, futbolun cikini də, bikini də bilər. Ən əsası, vicdanlıdır, ləyaqətlidir, ictimaiyyət arasında müsbət imicə sahibdir.

Aut.az

Exit mobile version