AUT.AZ

Murad Musayevin gözü qızdı, tərbiyəsizlik etdi

Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, hazırda davam edən “Sabah” – “Turan Tovuz” qarşılaşmasında insident baş verib. “Sabah”ın baş məşqçisi Murad Musayev tərbiyəsizliyi ilə gündəmə gəlib.

Onun komandası ilk hissədə “Turan Tovuz” qarşısında aciz duruma düşüncə, rusiyalı məşqçi günahı hakimlərdə görüb. Qarşılaşmanın baş hakimi Kamal Umudlu oyunun 34-cü dəqiqəsində “Sabah”ın qapısına haqlı penalti təyin edib. Ancaq onun bu qərarı Musayevi qane etməyib.

Rusiyalı küçə söyüşləri ilə hakimləri təhqir edib, hətta onlara hücum etməyə cəhd göstərib.

Onu klubun digər əməkdaşları zorla sakitləşdiriblər. Hakim Murad Musayevə qırmızı vərəqə göstərərək onu texniki zonadan uzaqlaşdırıb.

Qeyd edək ki, “Turan Tovuz” penaltidən yararlana bilməyib.

Aut.az

 

Exit mobile version