AUT.AZ

Mourinyo danışdı, Kasilyas üzünü tutub yerə yıxıldı – VİDEO

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Real”da rəhbərliyi altında oynamış İker Kasilyasa elə zarafat edib ki…

Aut.az xəbər verir ki, bu gün “Real” və İspaniya millisinin sabiq qapıçısı prezidenti olduğu “1K” klubunda Kral Liqasında çıxış edəcək.

41 yaşlı qolkiper “Porcinhos” ilə qarşılaşacaq. Komandaya məşhur ispan bloger İbai Llanos başçılıq edir. O, eyni zamanda Kral Liqasının yaradıcılarından biridir.

Şou çərçivəsində Llanos Kasilyasın qoruduğu qapıya penalti vuracaq. Blogerin sözlərinə görə, o, bu perspektivdən çox da razı olmayıb və əvvəlcə 11 metrlik zərbəni vurmaqdan imtina edib.

Bununla bağlı dünya futbolunun bir neçə ulduzu Llanosa dəstək olmaq və məsləhət vermək qərarına gəlib. Videomüraciəti David de Xea, Pepe Reyna, Sesk Fabreqs, Karles Puyol və digər məşhur futbolçular lentə alıb.

Kasilyasla “Real”da çalışmış Joze Mourinyo da blogerə  məsləhətlər verib.

“Mən onu ehtiyat oyunçular skamyasına oturtdum və yəqin ki, bunun bir səbəbi var idi. O, heç kimdir. Onun qapısına asanlıqla penaltini vura bilərsiniz”, – deyə portuqaliyalı bildirib.

Konfrans iştirakçıları Mourinyonun sözlərinə emosional reaksiya veriblər. Kasilyas yerə uzanıb, gülərək əlləri ilə üzünü örtüb.

Aut.az

Exit mobile version