AUT.AZ

Messi ilə bağlı yeni xəbər: Yalnız onlarla danışıq aparır

PSJ-nin hücumçusu Lionel Messinin gələcək karyerası ilə bağlı yeni təfərrüat məlum olub.

Aut.az xəbər verir ki, Leo  yalnız Paris nəhəngi ilə danışıqlar aparır. Bu haqda jurnalist Fabritsio Romano məlumat verib:

“Vəziyyətin dəyişdiyinə əmin deyiləm. Messi hazırda yalnız PSJ ilə danışıqlar aparır. Atası Xorxe ilə görüşüblər və o da təsdiqləyib ki, hazırda “Barselona”dan heç bir təklif yoxdur.

Bu, sadəcə, PSJ ilə ilkin müzakirələr üçün planlaşdırılmış görüşü idi. Əmək haqqı, sövdələşmə müddəti və sair daxil olmaqla, yeni müqavilənin təfərrüatları barədə qərar növbəti həftələrdə keçiriləcək görüşdə veriləcək”.

Lionel Messi 2021-ci ildən PSJ-də çıxış edir. Tərəflər arasında müqavilə mövsümün sonunda başa çatır.

Aut.az

Exit mobile version