AUT.AZ

Kim Çen In qızı ilə futbola baxdı – FOTO

Şimali Koreya lideri Kim Çen In qızı ilə futbol matçına baxıb.

Aut.az xəbər verir ki, qarşılaşma Kim Çen Inın mərhum atası Kim Çen İrin şərəfinə keçirilib. Kim Çen İrin doğum günündə, fevralın 16-da KXDR “Parlayan Ulduz Günü”nü qeyd edir. Həmin gün  ölkədə mühüm milli bayram hesab olunur.

Dövlət mediasında bildirlir ki, Kim Çen Inın və və onun “sevimli” qızı Kim Çjo E-in stadionda olması matça “sevinc və həyəcan” əlavə edib.

Bu, Şimali Koreya liderinin qızı ilə altıncı dəfə ictimaiyyət qarşısında çıxışıdır. Bundan əvvəl onlar fevralın 9-da KXDR ordusunun 75 illiyi şərəfinə keçirilən paradda birlikdə olublar.

Exit mobile version