AUT.AZ

Kasilyas “uçdu”, Pike və dostları qəhqəhə çəkdi – VİDEO

“Real”ın sabiq qapıçısı İker Kasilyas İspaniya Medialiqasında çıxış edən “1K” komandası ilə müqavilə bağlayıb.

Aut.az xəbər verir ki, təqdimat mərasimində kürəyində qanadlar olan İker salona xüsusi kəndir vasitəsilə enib. Onun bu durumuna “Barsa”nın sabiq futbolçu Pike qəhqəhə çəkərək tamaşa edib.

İker Kasilyas beşqat İspaniya çempionu, Çempionlar Liqasının üçqat qalibi, 2010-cu il Dünya Kubokunun,  2008 və 2012-ci il Avropa Çempionatının qalibidir. O, 4 avqust 2020-ci ildə ürəyində yaranan problemlərə görə karyerasını başa vurub.

Xatırladaq ki, İspaniya Medialiqasının təşkilatçısı Jerar Pikedir. Bu liqada bir çox keçmiş oyunçular və tanınmış bloggerlər iştirak edir.

Aut.az

Exit mobile version