AUT.AZ

Hamı susanda qışqırdı: Sənin anan…

İspaniya çempionatının 22-ci turunda keçirilən “Osasuna” – “Real” qarşılaşmasında Vinisius Junior təhqir olunub.

Aut.az “Marca”ya istinadla xəbər verir ki, qarşılaşmadan əvvəl stadionda Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən, azarkeşlərdən biri Junioru təhqir edib.

Bildirilir ki, stadionda hamının suduğu vaxt, azarkeşlərdən biri qışqırıb: “Vinisius, sənin anan fahişədir”.

Azarkeşlərin bəziləri gülməyə başlayıb, bəziləri isə əksinə, bu hərəkəti qınaqla qarşılayıb.

Vinisius bu mövsüm irqçilik zəmini də daxil olmaqla bir neçə dəfə təhqirə məruz qalıb. “Osasuna” ilə görüşdə “Real” 2:0 hesablı qələbə qazanıb, Vinisius Federiko Valverdeyə məhsuldar ötürmə edib.

Exit mobile version