AUT.AZ

Gürcüyə qiymət kəsdilər – Kim bu qədər verirsə, gəlsin

“Napoli” “Real”ın ciddi maraq göstərdiyi gürcüstanlı hücumçu Xviça Kvaratsxeliya üçün qiymət müəyyən edib.

Aut.az xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb. İtaliya klubu 22 yaşlı oyunçu üçün 100 milyon avrodan çox təklif alacağı təqdirdə, onu satmaq haqda düşünəcək.

Xviça Kvaratsxeliya 2022-ci ilin yayında Batumi “Dinamo”sundan 10 milyon avroya “Napoli”yə keçib. Bu mövsüm forvard bütün yarışlarda 24 matçda 12 qol vurub, 14 məhsuldar ötürmə edib. Kvaratsxeliya ilə “Napoli” arasındakı müqavilə 2027-ci ilin yayında başa çatır.

Aut.az

 

Exit mobile version